ABŞ Hind-Sakit okean regionunun xeyrinə Avropadakı hərbi mövcudluğunu azalda bilər.
HİT.Az xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb "Politico"ya bildirib.
"Düşünürəm ki, diqqət bir az Hind-Sakit okean regionuna yönələcək və bu başa düşüləndir. Avropadakı ABŞ qoşunlarının sayı yəqin ki, azalacaq, lakin nə qədər olduğunu bilmirik", deyə Stubb bildirib.
Stubb əlavə edib ki, Avropa ölkələri ABŞ-ın qitədə əsas avadanlıqları, o cümlədən radarları tərk edəcəyinə ümid edirlər.
Martın əvvəlində “The Washington Post” (WP) öz mənbələrinə istinadən yazıb ki, ABŞ Avropadan 20 minə qədər hərbçini çıxaracaq.
Daha əvvəl "Financial Times"ın köşə yazarı Gideon Rachman yazmışdı ki, ABŞ Amerika qoşunlarını Latviya, Litva və Estoniyadan çıxara bilər. Jurnalist qeyd edib ki, avropalılar Vaşinqtonu arxalana biləcəkləri müttəfiq kimi görməkdən əl çəkiblər.
Samir