AK sədri: Moldova, qapılarımız açıqdır!

DÜNYA
17:30 / 29.09.2025
36

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Moldovanı son parlament seçkiləri münasibətilə təbrik edib və ölkənin Avropa İttifaqına (Aİ) qapılarının artıq açıq olduğunu bəyan edib. 

HİT.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.

"Moldova, siz yenidən uğur qazandınız. Seçiminiz bəllidir: Avropa. Demokratiya. Azadlıq. Qapılarımız açıqdır. Və biz hər addımda sizinlə olacağıq", fon der Leyen yazıb.

Qeyd edək ki, Moldovada parlament seçkiləri sentyabrın 28-də keçirilib. Seçici fəallığı 52%-i keçib. Moldovanın hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) parlament seçkilərində səslərin 50,2 faizini toplayıb. Müxalifət partiyaları 49,8% səs yığa bilib.

MSK-nın məlumatına görə, PAS ölkə daxilində 44,13% səs toplayıb. Hakim partiya xaricdəki seçki məntəqələrində səsvermə yolu ilə qalan səsləri təmin edib. Seçki barajını keçən müxalifət partiyaları arasında Vətənpərvərlər Bloku (24,17%), Alternativ Blok (7,96%), Bizim Partiya (6,2%) və Evdə Demokratiya Partiyası (5,62%) olub.

Samir

0