İsveçin ali baş komandanı Maykl Klasson etiraf edib ki, isveçli pilotlar İsveç hava məkanını pozan Rusiya hərbi təyyarələrini vura bilərlər.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, belə bir qərar ciddi qanun pozuntusu baş verərsə, son çarə kimi veriləcək.
"Əgər əmrlərə tabe olmasanız, son çarə güc tətbiq etmək imkanıdır... Başqa sözlə desək, təyyarəni vurmaqdır", deyə Klasson yerli SVT telekanalına müsahibəsində bildirib.
Ali baş komandan qeyd edib ki, yekun qərar təyyarənin pilotunun İsveç sərhədində təhlükə ilə üzləşməsi ilə bağlıdır. Maykl Klasson hesab edir ki, isveçli pilotlar düzgün qərar qəbul etmək üçün həm təlimə, həm də təcrübəyə malikdirlər. Bununla belə, o, münaqişənin qızışacağını gözləmir:
"Mən Rusiyanın NATO ilə döyüşmək istədiyini düşünmürəm. Düşünürəm ki, onlar NATO-nu siyasi cəhətdən parçalamaq, zəif tərəflərimizi ifşa etmək, onlardan istifadə etmək və əhalimiz arasında qorxu səpmək istəyirlər".
Polşa və Estoniya Rusiyanı hava məkanını pozmaqda ittiham etdikdən sonra NATO ölkələri Rusiya təyyarələrinin vurulması imkanını müzakirə etməyə başlayıb. Estoniya sentyabrın 19-da baş verən insidentdə Rusiyanın üç MiQ-31 qırıcısının iştirak etdiyini iddia edib. Həmin gün Polşa iddia edib ki, iki rus qırıcısı Baltik dənizində Polşanın neft platforması üzərində uçub. Kreml NATO-nun Rusiya təyyarələrini vurmaqla hədələməsini ciddi eskalasiya adlandırıb.
Samir