Almaniya kansleri Fridrix Merz insanların gündəlik həyatına müdaxiləsini dayandırmaq üçün Avropa Komissiyasına (AK) qarşı çıxmağa çağırıb.
HİT.az bu baerədə "Bloomberg"ə istinadən xəbər verir.
"Biz Brüsseldə bu maşını dayandırmalıyıq", deyə Almaniyanın baş naziri biznes nümayəndələri ilə görüşdə bildidib.
O, AK prezidenti Ursula fon der Leyeni yeni vergilər tətbiq etmək və Avropa İttifaqının büdcəsini genişləndirmək cəhdlərinə görə kəskin tənqid edib. Kanslerin sözlərinə görə, Brüssel "həddi aşıb" və buna görə də Aİ-nin bəzi səlahiyyətləri, məsələn, müdafiə planlaması ilə bağlı səlahiyyətlər milli hökumətlərə qaytarılmalıdır.
Merz konkret tələblərin siyahısını tərtib edib digər Avropa liderlərinə təqdim edəcəyinə söz verib.
Agentliyin məlumatına görə, fon der Leyen və Merz arasında münaqişə Kiyevə görə yaranıb. Qeyd olunur ki, Almaniya kansleri Avropa Komissiyasının rəhbərinin Ukraynaya avropalı əsgərlərin göndərilməsi ilə bağlı guya razılaşdırılmış strategiya ilə bağlı bəyanatlarından narazı qalıb.
Samir