16 il gizli şəkildə parlamentdə və bankda işləyən qadın işdən çıxarıldı

DÜNYA
21:18 / 02.10.2025
42

Böyük Britaniyada bir təmizlik işçisi 16 il boyunca gizli şəkildə həm parlamentdə, həm də "Deutsche Bank"da işləyib. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Qadın 2008-ci ildən 2024-cü ilə qədər həftədə beş gün, səhər 8:00-dan axşam 17:00-dək "Deutsche Bank"da, axşam 22:00-dan səhər 6:00-dək isə Böyük Britaniya parlamentinin binasında çalışıb.

Qeyd edilir ki, o, 2004-cü ildən etibarən kredit təşkilatına xidmət göstərən "Churchill Contract Services" təmizlik şirkətində işləyib, 2008-ci ildə isə başqa bir qurum vasitəsilə parlamentdə işləməyə başlayıb.

2004-cü ilin may ayında "Churchill Contract Services" parlamentlə müqavilə bağlayanda məlum olub ki, qadın iki işi birləşdirir. Bu vəziyyət aşkar olunan kimi, işəgötürənlər onu işdən çıxarıblar. O, istirahət günlərində kifayət qədər dincəldiyini iddia edərək, bu qərarı məhkəmə yolu ilə etiraz etməyə çalışıb. Təmizlik işçisinin bütün iddiaları rədd edildi və işdən çıxarılma qanuni olaraq tanınıb.

Samir

0