Danimarkanın baş naziri Avropanı yenidən silahlanmağa çağırdı

DÜNYA
18:46 / 02.10.2025
50

"Avropa 2030-cu ilə qədər yenidən silahlanmalıdır, 2035-ci il çox gec" olacaq".

HİT.az xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Avropa İttifaqı liderlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi sammitində Avropa Komissiyasının saytında canlı yayımlanan çıxışında deyib.

Siyasətçi qeyd edib ki, o, Avropanın heç nə etmədiyini iddia edə bilməz, çünki çox şey edir. Frederiksen ümid etdiyini bildirib ki, bütün Avropa liderləri Ukraynanın bugünkü ilk müdafiə xətti olduğunu anlayacaqlar:

"Mən iddia edirəm ki, əgər söhbət Avropanın tamamilə yenidən silahlanmasından gedirsə, 2035-ci il çox gecdir. Biz 2030-cu ilə qədər özümüzü tam şəkildə müdafiə edə bilməliyik".

Oktyabrın 1-də Frederiksen NATO-ya üzv dövlətləri Rusiyanın kollektiv Qərblə qarşıdurmasında Avropanı parçalamaq məqsədi daşıdığı iddia edilən hərəkətlərinə cavabı gücləndirməyə çağırıb. Bununla belə, siyasətçi Rusiyanın pilotsuz təyyarə insidentlərində iştirakını sübut edəcək heç bir sübut təqdim etməyib.

Samir
 

0