Donald Tusk: Rusiya Baltik dənizində hər gün təxribatlar törədir

DÜNYA
16:16 / 02.10.2025
53

Polşanın baş naziri Donald Tusk bəyan edib ki, Rusiya Baltik dənizində demək olar hər gün təxribatlar törədir.

HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Bizim regionda, yəni Baltik dənizində hər həftə, demək olar ki, hər gün yeni hadisələr baş verir", deyə Tusk qeyd edib.

Onun sözlərinə görə, sonuncu insident Şeçin limanı yaxınlığında baş verib.

Dünən Polşada vurulan daha bir pilotsuz təyyarə aşkarlanıb. Pilotsuz təyyarə ölkənin şimalındakı Varmi-Masuriya Voyevodalığının Dzialdovo şəhəri yaxınlığındakı qarğıdalı tarlasında tapılıb. Pilotsuz uçuş aparatı tarlalarda işləyən kombayn tərəfindən aşkarlanıb. Bunun sentyabrın 10-na keçən gecə Polşanın hava məkanını pozan təyyarələrdən biri olduğu güman edilir.

Sentyabrın 10-na keçən gecə Polşa ərazisi üzərində bir neçə pilotsuz təyyarə qəzaya uğrayıb. NATO-ya məxsus qırıcı təyyarələr havaya qalxıb və insident bir neçə hava limanının müvəqqəti bağlanmasına səbəb olub. Polşanın baş naziri Donald Tusk vəziyyəti görünməmiş adlandırıb və Rusiyanı təxribatda ittiham edib. Yerli media respublikada tapılan Rusiya pilotsuz təyyarələrinin görüntülərini dərc edib.

Samir

0