NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukraynaya dəstək verən “istəklilər koalisiyası”nın heç bir irəliləyiş əldə etmədiyini deyib və onu “gözləyənlər koalisiyası” adlandırıb.
HİT.az xəbər verir ki, sabniq NATO rəhbəri bu barədə İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində danışıb.
"İstəklilər koalisiyası" çərçivəsində davam edən müzakirələrə görə təşəkkür edirəm, lakin bu, daha çox “gözləyənlər koalisiyası”na bənzəyir. Heç bir irəliləyiş yoxdur”, deyə o bildirib.
Sentyabrın 4-də Parisdə “istəklilər koalisiyası”nın sonuncu iclası baş tutub. Fransa prezidenti Emmanuel Makron hərbi münaqişə bitdikdən sonra 26 ölkənin Ukraynaya təhlükəsizlik zəmanəti vermək niyyətini açıqlayıb, lakin bu ölkələrin adlarını çəkməkdən imtina edib. Fransa lideri qeyd edib ki, təhlükəsizlik təminatları beynəlxalq qüvvələrin quruda, dənizdə və havada olmasını əhatə edəcək. Lakin Polşa, İtaliya, Xorvatiya və Bolqarıstan öz qoşunlarını Ukraynaya göndərməkdən imtina edblər.
Parisdə Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun sədrliyi ilə “istəklilər koalisiyası”nın iclası qarışıq formatda keçirilib.
Samir