Fransa ordusu generalı: Avropa bu gecə müharibəyə hazır olmalıdır

DÜNYA
18:18 / 02.10.2025
44

"Avropa bu gecə döyüş əməliyyatlarına hazır olmalıdır".

HİT.az xəbər verir ki, bunu Fransa Ordusunun Baş Qərargah rəisi Pyer Şill deyib. 

"İstənilən vaxt, o cümlədən bu gecə lazım gələrsə, döyüşə hazır olmalıyıq", deyə o qeyd edib.

Şill bildirib ki, Fransa ordusu sentyabrın ortalarında 100 min əsgərin iştirak etdiyi Rusiyanın "Zapad-2025" təlimlərinə noyabrda “strateji siqnal” ilə cavab verəcək - NATO-nun "Dacian Payız" təlimlərində iştirak etməklə.

Bu fonda Danimarkanın baş naziri Mette Frederiksen Avropada hibrid müharibənin getdiyini bəyan edib.

Oktyabrın 1-də Avropa liderlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi sammitində Frederiksen NATO-nu Rusiyanın Avropanı parçalamaq məqsədi daşıdığı iddia edilən kollektiv Qərblə qarşıdurmasında hərəkətlərinə cavabını gücləndirməyə çağırıb. Bununla belə, siyasətçi Rusiyanın pilotsuz təyyarə insidentlərində iştirakını sübut edəcək heç bir sübut təqdim etməyib.

Samir

0