Parisdə fransalı etirazçılar hökumətin təklif etdiyi qənaət tədbirləri və qiymət artımına qarşı kütləvi etirazlar zamanı "Tesla" şirkətinin dilerinə basqın ediblər.
HİT.az xəbər verir ki, etirazçılar "Biz milyarderlərə nifrət edirik" deyə qışqırıblar.
Sentyabr ayında Fransanın baş naziri Sebastien Lekornu sosial şəbəkələrdəki X səhifəsində sosial xərclərin azaldılmasına qarşı keçirilən genişmiqyaslı etirazlardan sonra həmkarlar ittifaqı nümayəndələri ilə məsləhətləşmələr aparmaq niyyətində olduğunu elan edib.
Eyni zamanda, Lekornu hüquq-mühafizə və fövqəladə hallar xidmətinin əməkdaşlarına qarşı qanunsuz hərəkətləri, həmçinin Fransada törədilən vandalizm aktlarını pisləyib.
Sentyabrın ortalarında Fransanın “Le Figaro” qəzeti Ümumi Əmək Konfederasiyasına (CGT) istinadən xəbər verib ki, bütün Fransada keçirilən etiraz aksiyalarında bir milyondan çox insan iştirak edib.
Samir