Donald Tramp administrasiyası bir neçə universitetə dövlət maliyyəsindən güzəştli istifadə etmək istədikləri təqdirdə yerinə yetirməli olduqları tələblərin siyahısını göndərib.
HİT.az xəbər verir ki, bu barədə sənədi əldə edən “The Wall Street Journal” yazıb.
Sənəd on bənddən ibarətdir və “Ali təhsil standartlarının təmin edilməsinə dair saziş” adlanır. Tələblər arasında irq və ya cinsinə görə işə qəbulun qadağan edilməsi, beş illik təhsil haqqının dondurulması, beynəlxalq tələbələrə 15% məhdudiyyət qoyulması, fəal fikir mübadiləsinə sadiqlik, lakin siyasi ifadənin qadağan edilməsi, mühafizəkar fikirlərə sahib olan işçi heyəti və tələbələrin müdafiəsi var.
Ağ Evin xüsusi layihələr üzrə baş müşaviri Mae Mailman bildirib ki, bu tələblər siyahısına razı olan universitetlər, o cümlədən maliyyə baxımından faydalanacaqlar: "Ümid edirik ki, bir çox məktəb bunun olduqca ağlabatan olduğunu görəcək".
ABŞ administrasiyası ilə nüfuzlu universitetlər arasında münaqişə bir neçə aydır ki, davam edir. Hakimiyyət daha əvvəl federal maliyyəni kəsməklə hədələmişdi. Münaqişə Fələstin tərəfdarı etirazlar, kampuslarda antisemitizm və müxtəliflik siyasətləri ilə bağlı fikir ayrılıqlarından qaynaqlanırdı.
Bir gün əvvəl Donald Tramp administrasiyasının Harvard Universiteti ilə müqavilə imzalamağa yaxın olduğunu və universitetin təxminən 500 milyon dollar ödəyəcəyini açıqlamışdı.
Samir