Makron: Biz üzərimizə düşəni edəcəyik

DÜNYA
19:15 / 02.10.2025
42

"NATO-nun Alyansa üzv ölkələrin hava məkanına uçan naməlum pilotsuz təyyarələr kimi təhdidlərdən müdafiə məsələsində daha çox gözlənilməzliyə ehtiyacı var".

HİT.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Kopenhagendə Avropa İttifaqı liderlərinin sammiti zamanı deyib.

O, Polşa, Estoniya, Danimarka və digər NATO ölkələrinə qarşı son təxribatlardan danışıb. Fransa lideri Alyansın reaksiyasının aydın olduğunu qeyd edib:

"Düşünürəm ki, əsas cavab daha çox gözlənilməzlik və daha böyük strateji qeyri-müəyyənlik olmalıdır".

Fransa prezidentinin sözlərinə görə, NATO aydın siqnal göndərməlidir. O bildirib ki, Avropa ölkələrinin hava məkanını pozan pilotsuz təyyarələr böyük riskə gedir:

"Dronlar məhv edilə bilər. Biz tam xəbərdarlıq etmək üçün burada deyilik. Biz hava məkanımızın bütövlüyünü və ərazi bütövlüyümüzü qorumaq üçün əlimizdən gələni edəcəyik".

Samir

0