Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının Ukraynaya dəstək xərcləri artıq təxminən 175-180 milyard avroya çatıb və hər il artır.
HİT,az xəbər verir ki, baş nazir bu barədə "Radio Kossuth"a danışıb.
"Biz artıq təxminən 175-180 milyard avro xərcləmişik. Və hər il təkrar-təkrar 40-50-60 milyard avro xərcləməli olacağıq", deyə Macarıstanın baş naziri bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri Rusiyanı iqtisadiyyatını tükəndirməklə və Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməklə onu məğlub edə biləcəklərinə inanaraq aldanıblar. Orban hesab edir ki, bu, Aİ üçün ciddi nəticələrə səbəb olacaq.
Oktyabrın 1-də Orban bəyan edib ki, Ukraynanın Avropa İttifaqına qoşulması Avropanın birbaşa silahlı münaqişəyə cəlb olunması, eləcə də avropalı vergi ödəyicilərinin pullarının Kiyevə köçürülməsi demək olacaq - Macarıstan bu addıma qəti şəkildə etiraz edir. O əlavə edib ki, Budapeşt Kiyevin Aİ-yə daxil olması ilə bağlı mübahisələrə görə “qəfəs davası” ilə üzləşəcək.
Samir