Britaniyada matəm elan edildi

DÜNYA
16:37 / 03.10.2025
47

Böyük Britaniyada Mançesterdə sinaqoq yaxınlığında terror aktı zamanı bir neçə nəfərin həlak olması ilə əlaqədar matəm elan edilib.

"Report" xəbər verir ki, bu barədə Britaniya KİV-i məlumat yayıb.

Bildirilir ki, oktyabrın 3-ü yerli vaxtla saat 20:00-dək ölkənin bütün hökumət binalarında bayraqlar yarıya endirilmiş vəziyyətdə olacaq.

Xatırladaq ki, Mançesterin Krampsoll rayonunda avtomobilin insanların üzərinə sürülməsi və naməlum şəxsin bıçaqla sinaqoqa hücum etməsi nəticəsində iki nəfər ölüb.

0