Macarıstan rekord qaz müqaviləsi imzaladı, amma Rusiyadan imtina etmədi

DÜNYA
20:20 / 03.10.2025
43

Macarıstan tarixində ilk dəfə Rusiyadan kənar tərəfdaşla ən böyük maye qaz alışı barədə müqavilə imzalayıb. Lakin bu, ölkənin Moskvanın enerji resurslarından imtina etdiyi anlamına gəlmir.

HİT.az xəbər verir ki, "Reuters"in məlumatına görə, oktyabrın 2-də imzalanan müqaviləyə əsasən, macar şirkəti "MVMCEEnergy" 2028–2038-ci illərdə Fransanın "Engie" şirkətindən hər il 400 milyon kubmetr qaz alacaq. Bu isə ölkənin illik təxminən 8 milyard kubmetr həcmində istehlakının cəmi 5 faizini ödəyəcək.

Macarıstanın xarici işlər naziri Peter Siyarto müqavilənin imzalanması mərasimində çıxış edərək bildirib ki, bu addım Rusiyadan qaz idxalından imtina demək deyil. Onun sözlərinə görə, diversifikasiya hazırda mövcud olan etibarlı mənbələrin başqa təchizatçılarla əvəzlənməsi anlamını daşımır.

Xatırladılır ki, 2025-ci ilin mayında Slovakiya və Macarıstan Avropa Komissiyasının rus qazı və digər enerji daşıyıcılarından mərhələli şəkildə imtina planlarını rədd etmişdi.

Beləliklə, Fransadan qaz alışı barədə artıq ikinci müqavilənin imzalanmasına baxmayaraq, Budapeşt hələ də Rusiyanın enerji resurslarından tam imtina etməyə hazır görünmür.

Siyarto əlavə edib: "Biz bu məsələdə heç bir təzyiq və ya məcburiyyəti qəbul etmirik və hərbi mükafat ödəməyəcəyik".

Samir
 

0