Merkel: Ukraynadakı münaqişənin səbəblərindən biri COVID-19 pandemiyasıdır

DÜNYA
14:45 / 06.10.2025
50

Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, COVID-19 pandemiyası Ukraynadakı münaqişənin səbəblərindən biri olub. 

HİT.az xəbər verir ki, o, bunu Macarıstanın "Partizan" nəşrinə müsahibəsində bildirib.

Onun fikrincə, Avropa İttifaqı liderləri ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa danışıqların olmaması Ukrayna üzrə kompromis axtarışlarını çətinləşdirib. Siyasətçi vurğulayıb ki, belə vəziyyətlərdə videokonfranslar kifayət deyil.

"Əgər görüşə bilməsəniz, fikir ayrılıqlarınızı üz-üzə müzakirə edə bilməsəniz, yeni kompromislər tapa bilməyəcəksiniz", deyə Merkel bildirib.

O, Moskva ilə Kiyev arasında birbaşa qarşıdurmaya səbəb olan əsas səbəb koronavirus olduğunu vurğulayıb.

Eyni müsahibəsində Merkel 2021-ci ildə Aİ ilə Rusiya arasında birbaşa danışıqların pozulmasında Polşanı və Baltikyanı dövlətləri günahlandırıb. Onun sözlərinə görə, bu dövlətlər Avropanın Moskvaya qarşı vahid siyasət hazırlaya bilməyəcəyindən ehtiyat edib ki, bu da Ukrayna böhranının arxasında duran amillərdən biridir.

Samir

0