Danimarka Rusiyanın "kölgə donanması"na nəzarəti gücləndirir

DÜNYA
15:33 / 06.10.2025
39

Danimarka hökuməti öz ərazi sularından tranzit keçən neft tankerlərinin monitorinqini gücləndirdiyini açıqlayıb. 

HİT.az xəbər verir ki, bu, Danimarka hakimiyyətinin Rusiyanın “kölgə donanması” ilə mübarizə səylərinin bir hissəsidir.

Hökumətin bəyanatında qeyd olunur ki, köhnə neft tankerləri son vaxtlar Baltik dənizindən tranzit keçməyə başlayıb. Danimarka kəşfiyyatının məlumatına görə, Rusiya bu gəmilərdən Avropa İttifaqının neft tədarükü ilə bağlı sanksiyalarından yan keçmək üçün istifadə edir. Danimarka səlahiyyətliləri bu gəmiləri izləməklə yanaşı, ölkə limanlarında yanaşan neft tankerlərinə də yoxlamaları artıracaq.

Danimarka bu yaxınlarda Rusiyanı Baltik və Şimal dənizlərini birləşdirən boğazlarda təxribat törətməkdə ittiham edib. Buna cavab olaraq Tramp administrasiyası bəyan edib ki, o, NATO ölkələrinin sahillərində Rusiya gəmilərinin iştirakı ilə baş verən insidentlərlə bağlı xəbərləri izləyir və onlara çox ciddi yanaşır.

Samir

0