Fransanın keçmiş baş naziri Makronu istefaya çağırdı

DÜNYA
17:34 / 07.10.2025
89

Fransanın keçmiş baş naziri və Üfüqlər Partiyasının lideri Eduard Filipp prezident Emmanuel Makronu büdcənin qəbulundan dərhal sonra növbədənkənar prezident seçkiləri keçirməyə və istefaya getməyə çağırıb.

HİT.az xəbər verir ki, siyasətçi bu barədə RTL telekanalına müsahibəsində dövlətin dağılması riskini əsas gətirərək bildirib.

Siyasətçi hesab edir ki, Emmanuel Makron cari işlərin idarə edilməsinə və büdcə layihəsinin hazırlanmasına cavabdeh olacaq baş nazir təyin etməlidir: "Nəticədə, bu büdcə qəbul olunan kimi Emmanuel Makron növbədənkənar prezident seçkiləri keçirəcəyini və büdcənin qəbulundan dərhal sonra istefaya gedəcəyini bəyan edəcək".

Eduard Filipp 2017-ci ildən 2020-ci ilə qədər Emmanuel Makronun ilk hökumətində baş nazir vəzifəsində çalışıb. O, Makronun prezidentliyi dövründə ən uzun müddət vəzifədə olan baş nazir olub. 

Cəmi səkkiz ildə Fransada yeddi baş nazir dəyişib: Eduard Filip, Jan Kasteks, Elizabet Borne, Qabriel Attal, Mişel Barnier, Fransua Bayru və Sebastien Lekornu. Lekornu oktyabrın 6-da - təyinatından bir ay və hökumət qurulduqdan sonra səhər istefa verib. O, müasir Fransa tarixində ən qısa müddətə baş nazir vəzifəsində çalışıb.

Sebastien Lelornunun istefası Beşinci Respublikada hökumət böhranına və səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq prezident Emmanuel Makronun mümkün istefası ilə bağlı müzakirələrə səbəb oldu. Bunun fonunda Bərabərlik və Ayrı-seçkiliyə Qarşı Mübarizə Naziri vəzifəsini icra edən Aurore Berger bəyan edib ki, Makron mövcud siyasi böhranda istefa verməyəcək. Onun sözlərinə görə, “prezident demokratik yolla seçilib və yenidən seçilib” deyə, bu, məsələ deyil.

Samir

0