Respublikaçı konqresmen Buddi Karter ABŞ Ədliyyə Nazirliyini maliyyəçi Corc Sorosun ABŞ-da daxili terrorizmin maliyyələşdirilməsində rolunu araşdırmağa çağırıb.
HİT.az xəbər verir ki, bu barədə konqresmenin məktubuna istinadən "Daily Caller" (DC) məlumat yayıb.
"Narahatlıqlar artır... Corc Sorosun Açıq Cəmiyyət Fondları siyasi ekstremizmin təbliği ilə bağlı təşkilatların maliyyələşdirilməsində mühüm rol oynayıb", deyə nəşr qeyd edir.
Məktubda həmçinin iddia edilir ki, Soros daxili terrorizm anlayışına daxil olan fəaliyyətlərlə məşğuldur və ya onu dəstəkləyir. Karter həmçinin Sorosun dəstəklədiyi Açıq Cəmiyyət Vəqflərinin və digər təşkilatların daxili terrorizmlə bağlı federal qanunları pozub-pozmadığının araşdırılmasını xahiş edir.
Bundan əlavə, konqresmen Sorosun Amerika vətəndaşlarını hədəf alan zorakılıq və digər qanunsuz fəaliyyətlərə maddi dəstək verib-vermədiyini araşdırmağa çağırır.
Corc Soros amerikalı maliyyəçi, investor və xeyriyyəçidir. Onun ən məşhur maliyyə fəaliyyətinə valyuta spekulyasiyaları daxildir. O, həmçinin demokratiya və “açıq debat”ı müdafiə edən müxtəlif təşəbbüs və təşkilatlara dəstəyi ilə tanınır. Sorosun bir neçə “rəngli inqilab”da rol oynadığı güman edilir.
Samir