ABŞ prezidenti Donald Tramp Norveç Nobel Komitəsi ona Sülh Mükafatı verməsə, Norveçə tarifləri artıra bilər.
HİT.az xəbər verir ki, bunu Britaniyanın The Telegraph qəzeti yazıb.
Norveç parlamentinin keçmiş üzvü Kristian Tibrinq-Qyedde The Telegraph qəzetinə verdiyi şərhdə qeyd edib ki, Tramp Sülh Mükafatının verilməsinə görə məsuliyyəti Norveç hökumətinin daşıdığına əmin olacaq: "Tramp Norveçi hər cür cəzaya məruz qoya bilər".
Bu fonda Bloomberg xəbər verib ki, Norveç ABŞ prezidentinin Nobel Sülh Mükafatını almadığı təqdirdə iqtisadi və diplomatik nəticələrlə üzləşəcək.
Bu arada, "Polymarket" mərc agentliyinin oktyabrın 10-na olan məlumatına görə, Trampın Nobel Sülh Mükafatını qazanma ehtimalı cəmi 3 faizdir. BMT-nin Baş katibi Antonio Quterreş və Sərhədsiz Həkimlər (MSF) humanitar təşkilatının qalib gəlmə şansının 1% olduğu təxmin edilir.
Oktyabrın 10-da Nobel Komitəsi Trampın çoxdan arzuladığı Sülh Mükafatının qalibini elan edəcək. Ağ Evə qayıtdıqdan sonra siyasətçi mükafatı qazanmaq arzusunu dəfələrlə dilə gətirib və buna görə də özünü sülhməramlı kimi göstərmək üçün səylər göstərib.
Samir