Rusiya "ölüm konveyeri"nin dayanmasından qorxur: Ekspert səbəbini açıqladı

DÜNYA
13:33 / 10.10.2025
65

Rusiya hakimiyyəti müharibənin dayandırılmasından ehtiyat edir, çünki bu halda cəbhədən evə qayıdan çoxsaylı rusiyalılar “ölüm iqtisadiyyatı"nın nəticələrini görəcək və bir daha döyüşməyə razı olmayacaqlar. 

Hit.az xəbər verir ki, bu fikri “Reaktivna poşta” xeyriyyə təşkilatının təsisçisi, hərbi ekspert Pavel Narojnı “24 Kanal”a müsahibəsində bildirib.

Ekspertin sözlərinə görə, Rusiya artıq canlı qüvvə çatışmazlığı ilə üzləşib, baxmayaraq ki, Müdafiə Nazirliyi ilə müqavilə imzalayanlara ödənilən mükafatlar artırılıb.

“Onlar hər ay 30–35 minlik itki verirlər. Onlardan təxminən 10–12 mini həlak olur, qalanları isə döyüş meydanını tərk edən, ağır yaralanmış və ya amputasiya olunmuş əsgərlərdir. Bu, artıq canlı qüvvə çatışmazlığı deməkdir. Əvvəllər böyük şəhərlərdə – məsələn, Sankt-Peterburq və Moskvada müqavilə bağlayanlara 3–4 milyon rubl mükafat verilirdi, bölgələrdə, məsələn, İrkutsk vilayətində bu məbləğ cəmi 500–600 min rubl idi. İndi isə İrkutskda da mükafat 3 milyona qaldırılıb. Bu, döyüşmək istəyənlərin çox azaldığını göstərir”, deyə Narojnı vurğulayıb.

Ekspert hesab edir ki, əgər müharibə dondurularsa, cəbhədə olan bir çox rusiyalı evə qayıdacaq və reallıqla üzləşəcək.

“Onlar anlayacaqlar ki, pul yoxdur, iqtisadiyyat dağınıq vəziyyətdədir, yanacaq qıtlığı yaşanır. Belə bir şəraitdə kim yenidən döyüşməyə motivasiya tapacaq?”, deyə o bildirib.

Narojnının fikrincə, müqavilə üzrə ödənişlərin artırılması da rusiyalıları döyüşməyə inandıra bilməyəcək:

“Çünki həyatını və sağlamlığını itirib cəmi 3 milyon rubl almaq – bu, sadəcə gülüncdür. Rusiya bunu "smiertonomika" – "ölüm iqtisadiyyatı" adlandırır. Yəni, "ölüm konveyerini" dayandırmaq artıq mümkün deyil və o, hələ də işləməkdədir".

Samir
 

0