İran prezidenti paytaxtın başqa şəhərə köçürülməsini təklif etdi

DÜNYA
18:59 / 10.10.2025
41

İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsini təklif edib. 

HİT.az xəbər verir ki, bu barədə “İnterfaks” İspaniyanın EFE xəbər agentliyinə istinadən məlumat yayıb.

"Bu gün başqa seçimimiz yoxdur; bunu etməliyik. Tehranda həyat dözülməz hala gəlir", deyə o bildirib.

Prezidentin paytaxtın köçürülməsində israrlı olması havanın çirklənməsi və su qıtlığının artması, həmçinin torpaq və nəqliyyatla bağlı problemlərlə bağlıdır.

Pezeşkian artıq bu məsələni İranın ali dini lideri Əli Xamneyi ilə müzakirə edib. Siyasətçinin fikrincə, Fars körfəzi sahili suya birbaşa çıxış imkanlarına görə yeni paytaxt üçün ən yaxşı yerdir ki, bu da respublikanın ticarət və iqtisadi inkişafına təkan verərdi.

Öz növbəsində hökumət sözçüsü Fatemeh Mohejerani bəyan edib ki, Oman körfəzindəki Makran bölgəsi də yeni paytaxt üçün yer kimi nəzərdən keçirilir. Lakin yerli əhalinin əhəmiyyətli əksəriyyətini təşkil edən sünni müsəlmanlar səbəbindən orada çətinlik riskləri var.

Rəsmi əhalisi 12 milyondan çox olan Tehran 1786-cı ildən İranın paytaxtıdır. Tənqidçilər paytaxtın başqa şəhərə köçürülməsi təklifini “yararsız” adlandırıblar.

Samir

0