Amalfı sahilində (İtaliya) elə bir şəhər var ki, regionun məşhur kurortlarının bütün gözəlliyini özündə birləşdirir, amma eyni zamanda turist izdihamından uzaqdır. Söhbət Salerno şəhərindən gedir.
Hit.az "Mirror"a istinadən xəbər verir ki, ilk baxışda “sakit bir iri şəhər” təsiri bağışlasa da, onun özünəməxsus xarakteri və xüsusilə də, zahirən köhnəlmiş görünən centro storico (tarixi mərkəz) var.
Ekspertlərin sözlərinə görə, şəhərin mərkəzində orta əsrlərə aid kilsələr və tarixi tratoriyalar (yemək məkanları) yerləşir.
Məqalədə qeyd olunur ki, şəhər rəhbərliyi tarixi bölgəni canlandırmaq üçün bir sıra bərpa layihələrinə sərmayə qoyub. Salernonun ağaclarla əhatələnmiş dənizkənarı bulvarı İtaliyanın ən cəlbedici və canlı yerlərindən biri sayılır.
Salernonun Amalfı və Sorrento kimi məşhur məkanlara nisbətən az tanınması onu daha da cazibədar edir. Çünki həmin şəhərlər artıq çoxsaylı turistlərdən yorucu hala gəlib.
Səyahətçilər Salerno barədə belə rəy bildiriblər:
“Səmimi fikrim: mənə Salerno Amalfı sahilindəki digər hər yerdən daha çox xoşuma gəldi".
Yaxınlarda Amalfı sahilinə səfər etdim, bütün tanınmış yerləri — Pozitano, Amalfı, Kapri və Sorrentonu gördüm. Salernoda isə sadəcə Romaya qayıtmazdan əvvəl bir gecə qalmaq istədim. Amma təəccüblüdür ki, Salerno bütün İtaliyada ən sevdiyim şəhərə çevrildi. Amalfı sahili çox gözəldir, bəlkə də gördüyüm ən gözəl yerdir. Bunu həyatda bir dəfə görmək mütləqdir. Amma onu görmək və orada olmaq fərqli hisslərdir — çünki bəzən bu gözəllik çox yorucu olur: izdiham, pilləkənlər, yüksək qiymətlər. Mən tez-tez sadəcə otelimin terrasına qayıdıb mənzərədən sakitcə zövq almaq istəyirdim.
Başqa bir turist isə deyib:
“Salerno bəlkə də daha az romantik görünür, amma araşdırmağa həvəsləndirir. Onun orta əsrlər centro storicosu heyrətamizdir. Bir qədər köhnəlib, amma çox cazibədar və canlıdır. Hər şey çox orijinal görünür, şəhərin enerjisi hiss olunur. Amalfı sahilində tez yorulurdum, amma Salernoda gəzintini dayandırmaq istəmirdim — mağazalara baş çəkmək, tratoriyalarda dayanmaq və hər küçəsini kəşf etmək istəyirdim".
Mütəxəssislər hesab edirlər ki, Salerno təkcə dəniz mənzərələri və tarixi memarlığı ilə deyil, həm də gündəlik həyatı və yerli atmosferi ilə səyyahları cəlb edir. Burada həm Aralıq dənizi mədəniyyətinin rahatlığı, həm də qədim İtaliyanın autentikliyi qorunub.
Samir