Keçmiş rəqibi Trampı Qəzza razılaşmasına görə təriflədi

DÜNYA
16:16 / 13.10.2025
47

ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə namizəd Hillari Klinton Qəzza sülh razılaşması və israilli girovların azad edilməsi ilə bağlı keçmiş rəqibi Donald Trampı tərifləyib. 

HİT.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində danışıb.

"Mən prezident Trampı və onun administrasiyasını Yaxın Şərq münaqişəsinin həllinə görə həqiqətən təqdir edirəm", deyə Klinton bildirib.

O, həmçinin ərəb liderlərinə plana sadiqliklərinə görə minnətdarlığını bildirib.

Oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Qəzza zolağına dair sülh planının birinci fazası ilə bağlı saziş imzaladığını açıqlayıb. Amerika lideri izah edib ki, bu, bütün girovların "çox tez" azad edilməsi və İsrail qoşunlarının razılaşdırılmış xəttə çıxarılması deməkdir.

Daha sonra Misir prezidenti Əbdülfəttah əs-Sisinin ofisi oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəslə bağlı zirvə toplantısının keçiriləcəyini açıqlayıb. Sammitdə iştirak etmək üçün 20 ölkənin lideri dəvət olunub.

Samir

0