Bukingem sarayı Kral III Çarlzın səhhətindən narahatdır.
HİT.az bu barədə "Radar Online" portalına istinadən xəbər verir.
Kral insayderi III Çarlzın bu yaxınlarda ictimaiyyət qarşısında göründüyü fotoşəkillərin Bukingem Sarayının işçilərini narahat etdiyini bildirib. Kral əvvəlkindən xeyli arıq və solğun görünüb.
"O, göründüyündən daha ciddi bir şeylə mübarizə aparırmış kimi görünürdü", deyə mənbə bildirib.
Saray rəsmilərinin monarxın "özünü yaxşı hiss etdiyini" və "sadə vəzifələri yerinə yetirməyə davam etdiyini" iddia etməsinə baxmayaraq, kral köməkçiləri yeni görüntülərdən narahatdırlar. Başqa bir mənbə, Bukingem Sarayının Şahzadə Uilyamı "hakimiyyətə tez keçid üçün" hazırladığını bildirib.
Martın sonunda Bukingem Sarayının mətbuat xidməti III Çarlzın xərçəng müalicəsinin "yan təsirləri" səbəbindən xəstəxanaya yerləşdirildiyini açıqladı. Nəticədə martın 27 və 28-nə nəzərdə tutulan bütün qəbullar ləğv edilib. Lakin qısa bir müşahidə müddətindən sonra monarx Londondakı iqamətgahı Klarens Hausa buraxılıb.
Samir