Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas hesab edir ki, indi zaman əvvəllər olduğu kimi Rusiyanın deyil, Ukraynanın tərəfindədir.
HİT.az xəbər verir ki, o, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransından bildirib.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı zəifdir və daha da zəif olacaq:
"Beləliklə, biz güman edə bilərik ki, vaxt müəyyən müddət ərzində Rusiyanın tərəfində olub, indi isə Ukraynanın tərəfindədir".
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttində əks-hücum əməliyyatı gözə çarpır və Rusiya Silahlı Qüvvələrinin yay və payız aylarında planlaşdırdığı hücum əməliyyatları, guya, istənilən nəticəni verməyib.
Oktyabrın 13-də Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Kiyevə səfərə gəlib. Onu vağzalda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.
Kallas bəyan edib ki, ukraynalılar dünyanı cəsarətləri ilə ruhlandırır və onların möhkəmliyi Avropa İttifaqının tam dəstəyini tələb edir. O, həmçinin iddia edilən müharibə cinayətlərinə görə Rusiyanı məsuliyyətə cəlb edəcəyinə söz verib.
Samir