Almaniya təxminən 7 milyard avro dəyərində zirehli texnika alacaq - "Reuters"

DÜNYA
19:15 / 13.10.2025
44

Almaniya hökuməti təxminən 7 milyard avro dəyərində 424 yeni təkərli zirehli maşın sifariş edəcək.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin Maliyyə Nazirliyinin sənədləri ilə tanış olduqdan sonra məlumat yayıb.

Qeyd olunur ki, parlamentin aşağı palatasının büdcə komitəsinin yaxın günlərdə Almaniya ordusuna silah tədarükü ilə bağlı sazişi təsdiq edəcəyi gözlənilir.

Bundesverə zirehli döyüş maşınlarının (ABM) tədarükünə dair sazişin ən böyük hissəsi Amerikanın General Dynamics müdafiə korporasiyası ilə təxminən 3,5 milyard avro dəyərində 274 kəşfiyyat maşınının hazırlanması və alınması üçün çərçivə sazişidir, ilk tədarükləri 2028-ci ilə planlaşdırılıb.

İkinci layihə təxminən 3,4 milyard avroya 150 təkərli Schakal ABM-nin alınmasını nəzərdə tutur.

Bildirilir ki, Almaniya Fransa-Almaniya şirkəti KNDS və Almaniyanın Rheinmetall silah konserninin müştərək müəssisəsi olan Artec GmbH ilə Avropa müdafiə tədarükləri agentliyi OCCAR vasitəsilə Schakalın tədarükünə dair müqavilə bağlayacaq. Döyüş maşınlarının tədarükü 2027-2031-ci illər üçün nəzərdə tutulub.

General Dynamics-dən daha 82 kəşfiyyat tankının alınması seçimi birinci sifarişin həcmini 356 avtomobilə və ya 4,6 milyard avroya qədər artıra bilər.

Qeyd olunur ki, “Schakal” döyüş maşınlarının alınması da 200-ə qədər belə maşın almaqla genişləndirilə bilər, Reuters yazır.

Samir

0