Hindistanlı məmur qızlara təcavüzə məruz qalmamaq üçün evdə qalmağı tövsiyə edib

DÜNYA
17:45 / 13.10.2025
47

Hindistan rəsmisi tələbənin zorlanmasından sonra qızlara sadəcə evdə qalmağı tövsiyə edib. 

HİT.az bu barədə "The Independent"ə istinadən xəbər verir.

Qərbi Benqaliyanın baş naziri Mamata Banerji tibb tələbəsinin zorlanması ilə bağlı verdiyi açıqlamalardan sonra tənqid dalğası ilə üzləşib. Siyasətçinin qızları gecələr evdə qalmağa çağıran dedikləri cinayətdə qurbanı günahlandırmaq cəhdi kimi qəbul edilib.

Mübahisəli hadisə Durqapur şəhərində baş verib. İddiaya görə, qonşu Odişa ştatından olan tibb fakültəsi tələbəsi onun kollecinin yaxınlığında dəstə tərəfindən zorlanıb. Cinayətdə iştirakda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Qurum rəsmisi tələbələrin özlərini qorumalı olduqlarını da əlavə edib və qeyd edib ki, polis hər evə nəzarət edə bilməz. Baş nazir ştatda bu cür cinayətlərə sıfır dözümlülük prinsipini vurğulamasına və günahkarların ağır cəzalandırılacağını vəd etməsinə baxmayaraq, onun tövsiyələri ciddi əks-səda doğurub.

Bildirilir ki, bu, Banerjinin qadınlara qarşı cinayətlərlə bağlı şərhlərinə görə mübahisələrin mərkəzində ilk dəfə deyil. Keçmişdə o, həmçinin zorlama iddialarına şübhə ilə yanaşmaqda və bu cür hadisələrin ciddiliyini azaltmağa cəhd etməkdə ittiham olunub.

Samir

0