Peru yepiskopu Siro Quispe Lopes Vatikan onun bir çox qadınla gizli münasibətlərini ortaya çıxaran araşdırmanı tamamladıqdan sonra Papa XIV Levə istefasını təqdim edib.
HİT.az xəbər verir ki, bu barədə "Oddity Central" yazıb.
Peruda yeparxiyaya rəhbərlik edən 51 yaşlı keşişin 17-yə qədər məşuqəsi olduğu bildirilir. İttihamları rədd etməsinə və "qaranlıq qüvvələrin böhtan kampaniyası" iddiasına baxmayaraq, Lopes istefasını katolik yepiskoplarının qanuni pensiya yaşına təxminən 20 il qalmış təqdim edib.
Medianın məlumatına görə, hadisə yepiskopun iddia edilən məşuqələri arasında münaqişədən sonra yaranıb. Onlardan biri olan rahibənin qısqanclıq zəminində başqa bir qadınla münasibəti ilə bağlı məlumat sızdırması ictimai qalmaqala səbəb olub.
Onun təkzibinə baxmayaraq, təqdim olunan sübutlar, o cümlədən fotoşəkillər, yazışmalar və şahid ifadələri din xadimini istefaya getməyə məcbur edib.
Samir