KİV: ABŞ Venesuelaya "Tomahawk" raketləri ilə zərbə vura bilər

DÜNYA
14:54 / 14.10.2025
62

ABŞ narkotik kartelləri ilə mübarizə çərçivəsində Venesuelaya uzaqmənzilli "Tomahawk" raketləri ilə zərbə endirə bilər.

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.

Qəzet yazır ki, Vaşinqton, çox güman Venesuela torpağına hansısa zərbə vurmaq üçün "Tomahawk"a ehtiyac duyacaq.

Bundan əvvəl Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada bəyan etmişdi ki, BMT Təhlükəsizlik Şurası ABŞ-ın Karib hövzəsindəki hərəkətlərinin sülh və təhlükəsizliyə yaratdığı təhlükəni tanımalıdır.

"Venesuela BMT Təhlükəsizlik Şurasından vəziyyətə müdaxilə etməyi və bir qətnamə ilə ölkənin suverenliyini və müstəqilliyini təsdiq etməyi xahiş edir", diplomat vurğulayıb.

Tramp administrasiyası Venesuela prezidenti Nikolas Maduronu ABŞ-da narkotik qaçaqmalçılığı və zorakılığa görə məsuliyyət daşıyan iki böyük mütəşəkkil cinayət qrupunun faktiki rəhbəri kimi görür. Bu qruplar Günəş Karteli və Tren de Araquadır.

ABŞ ordusu narkotik kartelləri ilə mübarizə çərçivəsində Venesuelada bir neçə obyekti ələ keçirmək üçün əməliyyat keçirməyə hazırdır. Gazeta.Ru bunun genişmiqyaslı müharibəyə çevrilə biləcəyini və ABŞ-ın bütün ölkəni ələ keçirməsinin nə qədər vaxt aparacağını yazır.

Samir

0