Poroşenko: Ukrayna xarici qoşunlar olmadan Rusiyanı məğlub edə bilər

DÜNYA
18:30 / 14.10.2025
57

"Ukrayna xarici qoşunların iştirakı olmadan Rusiya ilə münaqişədə qalib gələ bilər". 

HİT.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Polşanın TVP telekanalına müsahibəsində deyib.

"Bizə sizin əsgərləriniz lazım deyil, bizə birlik lazımdır, həmrəylik lazımdır", deyə sabiq prezident bildirib.

Poroşenkonun fikrincə, Ukraynanın NATO-ya üzvlüyü olmasa, qitədə sabit vəziyyət yaratmaq mümkün olmayacaq və Kiyevin bloka üzvlüyü əsas məsələyə çevriləcək.

Keçmiş prezident Qərb ölkələrini NATO-nun qapılarını Ukrayna üçün açıq saxlamağa çağırıb.

Samir

0