"Əgər Çin Tayvana hücum etsə, Rusiyanın NATO-ya qarşı təcavüzündən istifadə edərək Alyansın diqqətini yayındıra bilər".
HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Lyublyanada NATO Parlament Assambleyasında çıxışı zamanı deyib.
"Əgər Çin Tayvana qarşı tədbir görmək istəsə, çox güman ki, Pekin bizi məşğul etmək üçün Vladimir Putinin başçılıq etdiyi kiçik tərəfdaşı Rusiyanı NATO-ya qarşı müəyyən addımlar atmağa məcbur edəcək", deyə Rutte bildirib.
Eyni zamanda o, qeyd edib ki, indi rus qoşunları müxtəlif yerlərdə uzanıb və cəlb olunub: "Aralıq dənizində patruldan evə axsayan tənha və sınıq-salxaq rus sualtı qayığı var".
“The Washington Post”un yazdığı kimi, Rusiya Çinə təlim keçməkdə və Rusiya ordusunun hələ də Çin ordusunun imkanlarını üstələdiyi bir neçə sahədən birində – hava-desant qoşunlarında texnologiya təmin etməkdə kömək edir.
Sənədlər həmçinin rusiyalı mütəxəssislər tərəfindən əvvəlcə Rusiyada, sonra isə Çində çinli desantçıların hazırlanması proqramının mövcudluğunu təsdiqləyir.
Samir