Qəzza sülh prosesi çərçivəsində ABŞ, Türkiyə, Misir və Qətər liderlərinin imzaladığı sənədin mətni ilə bağlı müzakirələr son dəqiqəyə qədər davam edib.
HİT.az Türkiyənin Hürriyyət qəzetinə istinadən xəbər verir ki, Ankara düzəlişlərdə israrlı olub.
Qəzetin yazdığına görə, oktyabrın 13-də Bakı vaxtı ilə səhər saat 8:00-da Türkiyənin xarici işlər naziri Hakan Fidana mətnin hazır olduğu bildirilib. Bununla belə, sənəddə bir söz üzərində böhran yaranıb.
Köşə yazarı Abdulkadir Selvinin sözlərinə görə, Türkiyənin təkidi ilə mətndən bir söz çıxarılıb və yerinə düzgün söz daxil edilib. O, konkret nəyin müzakirə olunduğunu açıqlamayıb.
Oktyabrın 10-da Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib. Oktyabrın 13-də danışıqlarda vasitəçi qismində çıxış edən ABŞ, Misir, Qətər və Türkiyə münaqişəyə son qoymaq üçün saziş imzalayıb.
Samir