Macarıstan Rusiya neftindən və qazından imtina etməyəcək

DÜNYA
14:30 / 15.10.2025
50

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan öz enerji ehtiyacını Rusiya qazı və nefti olmadan ödəyə bilməz. 

HİT.az xəbər verir ki, o, Budapeştin Rusiyanın enerji resurslarının alınmasını dayandırmaq niyyətində olmadığını vurğulayıb.

Nazir Moskvada açılan Rusiya Enerji Həftəsində çıxış edib. Peter Siyarto bildirib ki, Avropa İttifaqı liderləri Macarıstana təzyiq göstərirlər: "Ancaq Rusiya qazının tədarükü ilə əlaqəmiz kəsilərsə, biz lazım olan yanacaq tədarükünü təmin edə bilməyəcəyik".

Peter Siyartonun sözlərinə görə, eyni şey "Drujba" kəmərinin cənub qolu vasitəsilə Rusiya neftinin tədarükünə də aiddir. Nazir aydınlaşdırıb ki, Macarıstana digər tədarük marşrutları hazırda “Drujba” və “Türk axını” qaz kəmərləri tərəfindən verilən həcmləri əvəz edə bilməz.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Rusiya qazından imtina etmək Macarıstana ÜDM-in 4%-nə başa gələcək. Macarıstanın baş naziri Viktor Orban hələ sentyabr ayında bəyan etmişdi ki, ölkənin Rusiya neft və qaz tədarükündən imtina etmək planı yoxdur və bu qərara səbəb kimi uzunmüddətli müqavilələr göstərilib. Həmin ay Macarıstan "Shell" ilə onillik qaz tədarükü müqaviləsi imzaladı. Türkmənistandan qaz almağı da planlaşdırır.

Samir
 

0