AK sədri Serbiyadan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edib

DÜNYA
20:00 / 15.10.2025
51

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, Serbiya etibarlılığını sübut edənə qədər Avropa İttifaqına üzv ola bilməyəcək.

HİT.az cəbər vverir ki, Ursula fon der Leyen Belqradda keçirdiyi mətbuat konfransında deyib: 

"Xarici siyasətimizə 61% uyğunluğa nail olduğunuz üçün sizi təbrik edirəm. Lakin daha çox şeyə ehtiyac var. Biz Serbiyaya "etibarlı tərəfdaş" kimi bel bağlamaq istəyirik".

AK sədri qeyd edib ki, Aİ-yə daxil olmaq, xüsusən də qlobal böhran zamanı fürsətdir. Xanım fon der Leyen bu qış serb ailələrinin təhlükəsizliyinə də zəmanət verdi və Serbiyanın Aİ enerji bazarına qoşulduğunu elan etdi: “Bizim konkret layihələrimiz var”.

Fevral ayında Serbiya prezidenti Aleksandr Vuçiç bəyan etmişdi ki, Serbiya Avropada Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə ölkədir. Serbiyanın Aİ-yə daxil olmasına baxmayaraq, cənab Vuçiç Rusiya ilə sıx əlaqələr saxlayır. Serbiya prezidenti builki Qələbə Günü münasibətilə Moskvada keçirilən paradda iştirak edib.

Samir

0