Kanadanın Makgill Universitetinin alimləri 2100-cü ildən sonra sahilyanı şəhərlər üçün böyük daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər.
HİT.az xəbər verir ki, mütəxəssislərin izahına görə, bu risk istixana qazları emissiyalarının səbəb olduğu dəniz səviyyəsinin yüksəlməsi ilə bağlıdır. Daşqınlar Afrika, Cənub-Şərqi Asiya, Cənubi və Mərkəzi Amerika regionlarına təsir edə bilər.
Mütəxəssislərin fikrincə, 2100-cü ilə qədər dəniz səviyyəsi 20 metr qalxarsa, sahil zonalarında yerləşən 840 milyon binanın təxminən 136 milyonu zədələnə bilər. Yaşayış binaları, mədəni irs obyektləri və liman infrastrukturu zədələnəcək. Əhalinin sıx məskunlaşdığı alçaq ərazilər xüsusilə həssasdır.
Ən yaxşı ssenaridə belə, dəniz səviyyəsi cəmi 0,5 metr qalxarsa, 3 milyon ev dağılacaq. Mütəxəssislər ümid edirlər ki, əldə edilən məlumatlar memarlara gələcək inkişafı daha yaxşı planlaşdırmağa kömək edəcək.
Samir