Süleyman Kərimovun super yaxtası satıldı, amma...

DÜNYA
16:10 / 16.10.2025
43

Rusiyalı oliqarx Süleyman Kərimovun müsadirə edilən superyaxtası nəhayət ki, satılıb. Dəbdəbəli "Amadea" əl dəyişsə də, hüquqi mübarisə davam edir.

HİT.az bu barədə "Business Insider"ə istinadən xəbər.

ABŞ Marşal Xidmətinin nəşrə verdiyi məlumata görə, 106 metrlik "Amadea" 2022-ci ildə "KleptoCapture" əməliyyatı çərçivəsində Ficidə ələ keçirildikdən sonra ABŞ hökuməti tərəfindən hərraca çıxarılıb. Müsadirə zamanı gəminin qiyməti 300 milyon dollar idi, baxmayaraq ki, sonradan dəyəri 230 milyon dollara endirilib.

Alman şirkəti "Lürssen" tərəfindən inşa edilən lüks yaxta - Sergey Brin və Barry Diller üçün gəmilər hazırlayan şirkət - sonsuzluq hovuzu, cakuzi, iki spa sahəsi, özəl kinoteatr, helikopter meydançası və hətta lobsterlər üçün akvarium olan altı göyərtədən ibarətdir. İçəridə zərli bar, elit piano və qızılı bəzəkli liftlər var.

Bütün bu dəbdəbəyə baxmayaraq, yaxta ABŞ hökuməti üçün bir yükə çevrildi - ona qulluq ayda təxminən 1 milyon dollara başa gəlirdi. Buna görə də səlahiyyətlilər vergi ödəyicilərini xərclərdən azad etmək üçün alıcı tapmağa tələsiblər.

Bununla belə, "Amadea"nın mülkiyyəti mübahisəli olaraq qalır. Gəmi ələ keçirildikdən sonra rusiyalı iş adamı Eduard Xudainatov onun əsl sahibi olduğunu bəyan edib. ABŞ məhkəməsi onu yalnız başqa şəxsin adından fəaliyyət göstərən “qondarma sahib” kimi tanıyıb və yaxtanın müsadirəsinə icazə verib. Xudainatov bu qərardan apellyasiya şikayəti verərək satışı “vaxtından əvvəl və qanunsuz” adlandırıb.

Xudainatovun vəkili Adam Ford “Mülkümüzü geri alana qədər mübarizəmizi davam etdirəcəyik” deyib. O, həmçinin potensial alıcılara xəbərdarlıq edib ki, “230 milyon dollar dəyərində” yaxtanın alınması ciddi hüquqi risklərlə bağlıdır.

Hüquqşünaslar vəziyyəti bir sıra hüquqi mübahisələrdən sonra Antiqua və Barbudanın cəmi 40 milyon dollara satdığı başqa bir müsadirə edilmiş yaxta olan "Alfa Nero-nun hekayəsi ilə müqayisə edirlər. Həmin vaxt hətta "Google"un keçmiş baş direktoru Erik Şmidt də hüquqi qeyri-müəyyənlik səbəbindən onu almaqdan imtina etmişdi.

"Amadea"nın yeni sahibinin kim olduğu hələlik açıqlanmır. Lakin Amerika mediasının qeyd etdiyi kimi, bütün riskləri nəzərə alaraq, yaxtanın yeni kapitanı, yəqin ki, Amerika sularından kənara çıxmağa tələsmir.

Samir

0