Boston qubernatorundan Trampın hədəsinə cavab

DÜNYA
18:10 / 16.10.2025
41

Boston qubernatoru Mişel Vu ABŞ prezidenti Donald Trampın 2026-cı il dünya çempionatının oyunlarının şəhərdən köçürülə biləcəyi ilə bağlı açıqlamasını şərh edib. O, qanuni qüvvəyə malik müqavilələrin mövcudluğuna diqqət çəkib. 

HİT.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

"Bu razılaşmalar müqavilələrdə yazılıb, ona görə də heç kimin, o cümlədən Ağ Evin indiki sakininin onları dəyişdirmək hüququ yoxdur", deyə qubernator bildirib.

Tramp "təhlükəsizlik şərtləri" səbəbiylə dünya kuboku oyunlarının Bostondan mümkün köçürüləcəyini açıqlayıb. Oktyabrın əvvəlində Fələstində münaqişənin fonunda Bostonda üsyan başlayıb və dörd hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Bostonun 2026-cı il dünya çempionatı zamanı yeddi matça ev sahibliyi etməsi planlaşdırılır.

Tramp hələ sentyabr ayında bəyan etmişdi ki, dünya çempionatının oyunlarını “təhlükəsiz” ev sahibliyi edən şəhərlərdən uzaqlaşdırmağı düşünür.

Dünya çempionatının final turniri 2026-cı ilin iyun və iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək. Finalın iyulun 19-da keçirilməsi nəzərdə tutulub. Əvvəlcə final turnirində adi 32 komanda iştirak etməli idisə, 2017-ci il yanvarın 10-da FİFA prezidenti Canni İnfantino komandaların sayının 48-ə qədər artdığını elan edib.

Samir

0