Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail Qəzza müharibəsinin bütün məqsədlərinə, o cümlədən Fələstinin HƏMAS hərəkatının ləğvinə nail olmaqda sadiqdir.
Qaynarinfo xəbər verir ki, o, Qəzzada döyüşlərdə həlak olanların anım mərasimində çıxış edib.
Netanyahu əmin edib ki, İsrail Qəzzada öldürülən girovların cəsədlərinin hamısının qaytarılmasına sadiqdir. O, mübarizənin hələ bitmədiyini vurğulayıb. İsrailin baş naziri deyib: "Bizə əl qaldıran hər kəs artıq bilir ki, aqressiyalarına görə çox yüksək qiymət ödəyəcəklər. Biz uzun illər həyatımızı müəyyən edəcək qələbəyə nail olmaq əzmindəyik".
Oktyabrın 10-da Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib. Oktyabrın 13-də danışıqlarda vasitəçi qismində çıxış edən ABŞ, Misir, Qətər və Türkiyə münaqişəyə son qoymaq üçün saziş imzalayıb. Dünən Fələstin qrupu ölən girovların cəsədlərini İsrailə təhvil verməyə yenidən başlayıb.
Samir