Kaya Kallas: Rusiya yaxın illərdə Avropaya hücum edə bilər.

DÜNYA
21:16 / 16.10.2025
41

"Rusiya yaxın bir neçə il ərzində Avropaya hücum edə bilər". 

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

"Rusiyanın bu gün Aİ-yə hücum etmək imkanı yoxdur, lakin o, yaxın illərdə buna hazırlaşa bilər", deyə Kallas qeyd edib.

Bu baxımdan, Kallasın fikrincə, Aİ yaxın bir neçə il ərzində müdafiə potensialını əhəmiyyətli dərəcədə artırmalıdır.

Oktyabrın 16-da Rusiya FTX-nin direktoru, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının (SORB) sədri Aleksandr Bortnikov bəyan edib ki, Avropa ilə Rusiya arasında toqquşmanın mümkün nəticələri fəlakətli ola bilər.

Onun sözlərinə görə, Böyük Britaniya Ukraynaya qoşun yeritmək üçün koalisiya yaradaraq, orada uçuş qadağan zonası yaratmaq məsələsini irəli sürməklə yanaşı, Avropanın Rusiya ilə silahlı qarşıdurmaya tez hazırlaşmasında israrlıdır.

Samir

0