Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib ki, Budapeşt Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqların təhlükəsizliyini təmin etməyə hazırdır.
HİT.az xəbər verir ki, nazir bu barədə mətbuat konfransında danışıb.
"Əlbəttə, biz Budapeştdə Amerika və Rusiya prezidentlərinin təhlükəsiz və sakit şəraitdə danışıqlar apara bilmələri üçün lazımi şərait yaratmağa hazırıq", deyə Siyarto bildirib.
O, Macarıstanı dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi xarakterizə edib.
Bundan başqa, Macarıstan tərəfi Vladimir Putinin ölkəyə maneəsiz daxil olub-olmamasına zəmanət verir. Nazir qeyd edib ki, Macarıstan Rusiya prezidentinin gəlişini gözləyir.
Oktyabrın 16-da Vladimir Putin və Donald Tramp telefonla danışıb. Daha sonra Amerika prezidenti rusiyalı həmkarı ilə Budapeştdə görüşmək barədə razılığa gəldiyini açıqlayıb. Sammitin dəqiq tarixi hələlik açıqlanmayıb, lakin Rusiya və Macarıstan tərəfləri tədbirə hazırlığın başladığını elan ediblər.
Samir