Yunanıstan Avropa İttifaqının pilotsuz təyyarələrdən qorunmaq üçün “divar” yaratmaq təşəbbüsünü müsbət qiymətləndirir, lakin bu layihənin həyata keçirilməsi üçün Türkiyənin orada iştirak etməməsini kritik şərt kimi irəli sürür.
HİT.az xəbər verir ki, bu barədə “eKathimerini” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, təşəbbüsü Aİ-nin pilotsuz uçan aparatların təhdidlərinə qarşı kollektiv fəaliyyətinə doğru vacib addım kimi alqışlayan Yunanıstan üçün Türkiyənin istisna edilməsi kritik şərtdir.
Fransa və Kipr Rum Administrasiyası (GCA) Türkiyənin proqramda iştirakına qarşıdır, Aİ-yə üzv ölkələr Almaniya, İtaliya və İspaniya isə Türkiyənin daxil olmasını dəstəkləyir.
Aİ-nin "Dron divarı" təşəbbüsü blokun icazəsiz pilotsuz təyyarələri aşkar etmək, izləmək və zərərsizləşdirmək qabiliyyətini, xüsusən də Rusiyanın hava məkanını pozması ilə bağlı xəbərlərə cavab vermək məqsədi daşıyır.
Samir