Rusiya neftinin ən böyük müştərisi alışları kəskin azaldacaq

DÜNYA
22:56 / 17.10.2025
39

ABŞ və Hindistan məhsuldar ticarət danışıqları aparıb. Ağ Ev rəsmisi Reuters agentliyinə bildirib ki, Hindistan neft emalı zavodları artıq Rusiya neftinin idxalını 50% azaldır.

HİT.az-ın məlumatına görə, Hindistandakı mənbələr bildiriblər ki, Rusiya neftinin tədarükünün azalması hələ də hiss olunmur və dekabr və yanvar üçün idxal rəqəmlərində əks oluna bilər. Agentliyin mənbələrindən verilən məlumata görə, neft emalı zavodları artıq noyabr ayında xammal tədarükü üçün sifarişlər verib. Eyni zamanda, sifariş olunan neftin bir hissəsi dekabrda gəlməlidir.

"Reuters"in məlumatına görə, Hindistanın iki neft emalı zavodu Amerikanın "Exxon Mobil" şirkətindən 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində təhvil verilməklə 4 milyon barrel Qayana nefti alıb.

Bildirilir ki, Hindistanın ən güclü zavodu - "Indian Oil Corp" dekabrda və ya yanvarın əvvəlində tədarüklə ilk dəfə iki milyon barel "Guyanese Golden Arrowhead" nefti alıb. Digər neft emalı şirkəti Hindustan "Petroleum Corp.", ilk dəfə olaraq Liza və Unity Gold yataqlarından neft alıb və eyni müddət ərzində 2 milyon barel tədarük ediləcək.

Məlum olduğu kimi, genişmiqyaslı işğaldan sonra Hindistan və Çin Rusiya neftinin əsas idxalçılarına çevrilib.

Samir
 

0