FT: Aİ artıq investisiya üçün təhlükəsiz deyil

DÜNYA
21:38 / 17.10.2025
44

Avropa İttifaqı artıq təhlükəsiz investisiya məkanı deyil.

HİT.az xəbər verir ki, bunu Britaniyanın “Financial Times” qəzeti yazıb.

Qeyd edilir ki, Avropa ölkələri ABŞ-ın potensial sanksiyalarından qorunmaq üçün Çin kapitalı ilə iri sənaye müəssisələrinin milliləşdirilməsi kampaniyasına başlayıblar.

Məqalədə iddia edilir ki, bu hərəkətlər Aİ-də xarici investisiyaların təhlükəsizliyinə təhlükə yaradır.

Qəzet qeyd edir ki, strateji əhəmiyyətli müəssisəni müsadirə etməyə başlayan ilk ölkə Hollandiya olub. Çin texnoloji nəhəngi "Wingtech"in törəmə şirkəti olan əsas yarımkeçirici istehsalçısını milliləşdirib.

Analitiklər təsdiq edir ki, bir çox investorlar məxfi məlumatlara və ya xüsusi təchizat zəncirlərinə çıxışı olan layihələri maliyyələşdirmək risklərini dərk ediblər. Sahibkarlar bilirlər ki, onların biznesi istənilən vaxt kompensasiya olmadan milliləşdirilə bilər.

Samir

0