Uzun və mürəkkəb danışıqlardan sonra Avropa İttifaqı Avropanın müdafiə sənayesinə dəstək proqramını təsdiqləyib.
HİT.az xəbər verir ki, üzv dövlətlər və Avropa Parlamenti 2027-ci ilin sonuna qədər istehsal potensialının genişləndirilməsi və birgə silah tədarükü üçün 1,5 milyard avro ayırmaq barədə razılığa gəliblər.
Bu pul 2030-cu ilə qədər hava hücumundan müdafiə sistemlərini gücləndirmək və şərq cinahı qorumaq üçün dörd əsas Avropa təşəbbüsünü maliyyələşdirmək üçün istifadə oluna bilər.
Buraya 2026-cı ilin sonundan gec olmayaraq istismara verilməsi planlaşdırılan yeni əks-dron sistemi daxildir. Bütün layihələr ilk növbədə Rusiyaya qarşı çəkindirmə və müdafiə məqsədi daşıyır.
Bundan əlavə, Aİ proqramı həm də müdafiə sənayesində Ukrayna ilə əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır.
Samir