Telegraph: Macarıstanda Putin-Tramp görüşü Aİ-yə ağrılı zərbə olacaq

DÜNYA
19:40 / 17.10.2025
44

Qərb Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə gözlənilən görüşündən narahatdır. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazır.

Nəşr qeyd edir ki, danışıqlar Avropa İttifaqına ağrılı zərbə olacaq.

"The Telegraph" yazır ki, Donald Trampın Macarıstan paytaxtında Vladimir Putinlə Ukraynadakı vəziyyəti müzakirə etməyə hazır olması Aİ-nin mövqeyini xeyli çətinləşdirəcək. Qəzet izah edir ki, Macarıstanın baş naziri Viktor Orban sammitə ev sahibliyi etməklə öz nüfuzunu gücləndirəcək və Brüsselin ölkədəki təsirini zəiflətmək cəhdlərini çətinləşdirəcək.

Nəşr yazır ki, Putinlə Trampın görüşü kontekstində Macarıstan daxilindəki siyasi vəziyyətə də diqqət çəkir. Qarşıdan gələn sammit müxalif Tisza partiyasının lideri Petr Maqyarın Viktor Orbanı baş nazir postunda əvəzləməsini çətinləşdirəcək.

Ötən gün Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Görüşdən sonra Donald Tramp rusiyalı həmkarı ilə Budapeştdə görüş keçirəcəyini açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlar yaxın iki həftə ərzində baş tuta bilər.

Samir

0