Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara ölkə prezidenti və xarici işlər nazirinin Aİ-yə səfərinə qadağa daxil deyil, ona görə də məhdudiyyətlər onların ABŞ ilə sammitdə iştirak etmək üçün Macarıstana səfərinə mane olmayacaq.
HİT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Anita Hipper açıqlama verib.
"Aİ-nin sanksiyalarına Rusiya prezidenti Vladimir Putinin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aktivlərinin dondurulması qərarı daxildir, lakin onlara Aİ daxilində səyahət qadağası daxil deyil, ona görə də bu nöqteyi-nəzərdən heç bir maneə yoxdur", deyə xanım Hipper bildirib.
AK-nin sözçüsü Olof Gill qeyd edib ki, Rusiya prezidentinin təyyarəsinin Aİ ərazisindən uçmasına icazə verilməsi məsələsi həmin ölkələrin hökumətlərinin səlahiyyətindədir.
Sentyabrın 16-da Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Budapeştdə danışıqlar aparmaq barədə razılığa gəliblər. Sammitin dəqiq tarixi məlum deyil, lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iki dövlət başçısı iki həftə ərzində görüşə bilər. Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovun da iştirakı gözlənilir.
Samir