Avropa İttifaqının energetika nazirləri 2027-ci ilin sonuna qədər Rusiyadan bütün qaz tədarükünə qadağa qoyulması ilə bağlı ümumi mövqe üzərində razılaşmaq niyyətindədirlər.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Bazar ertəsi, oktyabrın 20-də Lüksemburqda hökumət nümayəndələrinin görüşü keçiriləcək. İyunun ortalarına qədər qısamüddətli müqavilələr üzrə Rusiya tədarükünün ilkin olaraq qadağan edilməsi təklif edilir.
Macarıstan və Slovakiya kimi dənizə çıxışı olmayan ölkələr üçün istisna olacaq. Uzunmüddətli sövdələşmələrə qoyulan qadağa 18 aydan sonra qüvvəyə minəcək.
Qeyd olunur ki, Aİ-nin qadağası yalnız ixtisaslı səs çoxluğu tələb edir, ona görə də ayrı-ayrı üzvlər etiraz etsələr belə, qəbul edilə bilər.
Gələn ilin əvvəlindən Rusiyadan qaz alışına daha tez son qoymağa və neft idxalına son qoymağa çağıran Avropa Parlamenti ilə də danışıqlar aparılmalıdır. Əsas məqsəd ilin sonuna qədər yekun razılığa gəlməkdir.
Bundan əlavə, Avropa Komissiyası bu ilin sonuna qədər Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını qadağan etməyi təklif edir. Çox güman ki, liderlər bu həftənin sonunda Brüsseldə keçiriləcək görüşdə bunu müzakirə edəcəklər.
Avropa İttifaqı LNG tədarükünün təxminən 15%-ni Moskvadan alır, bu da Rusiyanı Avropaya ABŞ-dan sonra ikinci ən böyük yanacaq tədarükçüsü edir və bu idxal üçün aylıq ödəniş 500 milyon ilə 700 milyon avro arasındadır.
Samir