ABŞ-dan Rusiyaya mesaj: Qafqazda işğalı dayandır!

DÜNYA
17:56 / 29.05.2020
1379

Cənubi Osetiya respublikası mövcud deyil, bu, Gürcüstanın işğal olunmuş hissəsidir.

HİT.Az Axar.az-a istinadla xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor deyib. O, Moskvanı Gürcüstan ərazilərini işğal etməkdə ittiham edib.

Gilmor Rusiyanın işğal olunmuş ərazilərdə sərhədlər, baryerlər çəkməsini dərhal dayandırmasını tələb etdiklərini bildirib.

ABŞ səfiri Rusiyanın Gürcüstandakı “Luqara” biolaboratoriyası barədə dezinformasiya yaydığını da deyib.

0