Rusiya çətin vəziyyətdədir. Müdafiə xərclərini tez azaltmaq üçün hər hansı cəhd iqtisadi çöküşə səbəb olacaq, lakin hazırkı hərbi xərclər səviyyəsinin qorunması isə stagasiyanın davam etməsinə gətirib çıxaracaq.
HİT.az xəbər verir ki, bu barədə "Foreign Affairs" yazıb.
Rusiyanın 2026-cı il üçün büdcə layihəsində tammiqyaslı işğalın başlanğıcından bəri ilk dəfə hərbi xərclər artmayacaq və hətta bir qədər azala bilər. Məqsəd sülh yox, iqtisadi yenidən balanslaşmadır. Lakin hərbi xərclərin cüzi azalması Rusiyanın struktur problemlərini həll etməyəcək.
Moskva nə qeyri-müəyyən müddətə hərbi xərcləri dəstəkləyə bilər, nə də səlahiyyətlərin azaldılması və müəyyən sanksiyaların yumşaldılması olmadan müluti iqtisadiyyata təhlükəsiz şəkildə keçə bilər.
Rusiya öz istehsal gücü və işçi qüvvəsi ehtiyatlarını tükədib. Daha çox texnika istehsal etmək və ya daha çox əsgər cəlb etmək və hazırlamaq üçün Moskva II Dünya müharibəsi zamanı olduğu kimi mövcud bütün resursları hərbi ehtiyaclara yönəldərək daha mürəkkəb hərbi tədbirlərə keçməli və ya hərbi məqsədlər üçün müluti istehsal xətlərini müsadirə etməli olardı.
Məsələn, avtomobil zavodları yalnız hərbi nəqliyyat vasitələri istehsal edə bilərdi. Lakin hökumət sosial qarışıqlıq və istehlak malları çatışmazlığından ehtiyat edərək buna cəsarət etməyib.
Neft və qaz gəlirləri qiymətlərin aşağı düşməsi, logistika xərclərinin artması, valyuta məzənnələrinin qeyri-sabitliyi və sanksiyaların genişləndirilməsi təhlükəsi səbəbindən azalır. 2025-ci ilin birinci yarısında federal gəlirlər 16,9% azalıb. RF Maliyyə Nazirliyi 2026-cı il üçün büdcəni neftin barrelinin qiymətinin 59 dollar olacağı proqnozu əsasında hazırlayıb, bu, əvvəlki büdcə layihəsindəki 67 dollardan aşağıdır.
Neftlə bağlı olmayan gəlirlər artır, lakin Rusiyanın iqtisadi artımının yavaşlaması nəzərə alınarsa, kəsiri kompensasiya etmək üçün kifayət qədər sürətli deyil. İlin ilk yeddi ayında ÜDM cəmi 1,1% artıb, bu, əvvəlki iki ildən sonra kəskin yavaşlamadır. Rusiyanın ÜDM-i 2023-cü ildə 3,6%, 2024-cü ildə isə 4,1% artmışdı, bu, həm də istehlak qiymətlərinin artmasına səbəb olan genişmiqyaslı dövlət xərcləri sayəsində olmuşdu.
"İqtisadi artım davamlı deyildi, lakin bugünkü yavaşlama struktur zəiflikləri kompensasiya etmək üçün daimi maliyyə təşviqlərindən asılı olan hərbi iqtisadiyyatın kövrəkliyini üzə çıxarır. Kəsiri örtmək üçün hökumət "gəlirlərin səfərbər edilməsi" adlandırdığı üsula - cərimələrin, gecikmə faizlərinin və dövlət rüsumlarının genişləndirilməsinə əl atır. 2024-cü ildə hökumət gəlir və korporasiya vergilərini artırdı. İndi, büdcə layihəsinə görə, Kreml ƏDV-ni iki faiz bəndi artırmaq ehtimalını nəzərdən keçirir, bu, 14,3 milyard dollar gəlir gətirə bilər. ƏDV-ni 22%-ə qaldırmaqla yanaşı, səlahiyyətlilər müəssisələrin ƏDV ödəməyə başlamalı olduğu gəlir həddini altı dəfə aşağı salmağı planlaşdırırlar, bununla da vergi ödəyiciləri bazasını əhəmiyyətli dərəcədə genişləndirirlər", deyə nəşr yazır.
Rusiya şirkətləri logistika çətinlikləri, texnoloji məhdudiyyətlər və işçi qüvvəsinin davamlı çatışmazlığı səbəbindən istehsalı daha da artıra bilmir. İstehsal həcminin artırılması əvəzinə, həddindən artıq pul təşviqləri qiymətlərin artmasına səbəb olur, tələb və təklif arasındakı boşluğu artırır və inflyasiyanı sürətləndirir. Belə bir dinamika müdafiə xərcləri sayəsində əldə edilməli olan artım məqsədlərinin özünü alt-üst edir:
"Rusiya işçi qüvvəsi çatışmazlığından ciddi şəkildə əziyyət çəkir. 2024-cü ilin sonuna qədər Rusiya şirkətləri 2,2 milyon işçi çatışmazlığı ilə üzləşdilər və rus müəssisələrinin 70%-i işçi çatışmazlığından şikayətləndi. Müdafiə sənayesi indi tikinti, nəqliyyat və kənd təsərrüfatı ilə çatışan işçi qüvvəsi üçün rəqabət aparır".
ABŞ və Avropanın ixrac nəzarəti müasir komponentlərin, məsələn, yüksək texnologiyalı yarımkeçiricilərin, dəqiq rulmanların və ixtisaslaşdırılmış dəzgahların Rusiyaya tədarükünü kəsdi və onun iqtisadiyyatını baha əvəzedicilərə müraciət etməyə məcbur etdi. Öz daxili alternativlərini istehsal etmək üçün Rusiyanın sıfırdan yeni istehsal gücləri qurması lazımdır. Nəticə adətən daha yüksək qiymətə daha pis məhsuldur:
"Paralel idxal və çin təchizatı elektronika və maşınqayırmada kritik boşluqları müvəqqəti olaraq doldura bilər, lakin bu məhsulların keyfiyyəti tez-tez aşağı olur. Rusiya silah yığa bilər, lakin uzunmüddətli rəqabət qabiliyyəti üçün zəruri olan mürəkkəb sənaye bazasını təkrar yarada bilməz. Rusiya təkcə komponentlər baxımından deyil, həm də dəzgahlar və sənaye robotları baxımından Çindən asılıdır, bu da Pekinə istehlak və sənaye malları üzrə qiymətləndirmə məsələsində Moskva üzərində əhəmiyyətli təsir gücü verir. Bir çox cəhətdən Rusiya indi Çinə tabe durur və əsasən bərabəhüquqlu texnoloji tərəfdaş kimi deyil, resurs təchizatçısı kimi çıxış edir".
Əgər Amerika və Avropa siyasətçiləri optika, yarımkeçiricilər və müasir dəzgahlar kimi komponentlərə nəzarəti gücləndirsələr və rus neft ixracı və maliyyə sisteminə qarşı sanksiyaları davam etdirsələr, RF-in iqtisadiyyatına və sənaye bazasına daha da çox təzyiq göstərə bilərlər. Onlar həmçinin Moskvan üçün orta sinif üçün vacib olan idxal olunan istehlak mallarının (elektronika, geyim və məişət əşyaları kimi) axınının qorunmasını çətinləşdirə bilərlər.
ABŞ və Avropa dərhal hərəkət etməlidirlər: Rusiya məhdud olduğu müddətdə öz üstünlüklərindən istifadə etməli, Kremlinin yenidən ayağa qalxmasını gözləməməlidirlər.
Samir